Accessibility links

Nyu York Tayms İsrailin hərbi təlimlər keçirdiyini yazır


Nyu-York Tayms qəzetində dərc olunan məqalədə deyilir ki, bu ayın əvvəlində İsrailin 100-dən çox F-15 və F-16 tipli qırıcı təyyarələri Aralıq dənizi və Yunanıstan üzərində hərbi manevrlər keçirib. Hərbi təyyarələr İsraildən təxminən İranın uran zənginləşdirmə obyekti Natanza qədər, 1400 kilometrlik məsafəni qət edən uçuşlarda iştirak ediblər. Adı açıqlanmayan Birləşmiş Ştatlar hərbi rəsmisinə istinadən bildirilir ki, bu manevrlərdə hərbi vertolyotlardan və tankerlərdən də istifadə edilib. İsrail hərbçiləri isə təkcə onu əlavə etmişlər ki, bu, İsrailin hərbi yoxlanış məqsədi ilə keçirdiyi növbəti, adi manevrləridir.

İsrail və Birləşmiş Ştatlar İranın nüvə silahı istehsal etdiyinə inanır, lakin Tehran bunun sülh mahiyyəti daşıdığını deyir. İsrail Tehranın nüvə fəaliyyətini dayandırması üçün beynəlxalq səylər boşa çıxdığı təqdirdə, lazımı tədbirlər görməyə hazırlaşdığını nümayiş etdirir.



XS
SM
MD
LG