Accessibility links

Zimbabve müxalifətinə nümayiş keçirməyə icazə verildi


Zimbabvedə məhkəmə polisin müxalifət nümayişinə qoyduğu qadağanı ləğv edib. Gələn həftə keçiriləcək prezident seçkilərinin ikinci raundundan öncə məhkəmə Bazar günü Demorkatik Dəyişiklik Uğrunda Hərəkatın paytaxt Hararedə nümayiş keçirməsinə icazə verib. Bu arada prezident Robert Muqabe aparıcı müxalifət partiyasının öz tərəfdarlarına qarşı zorakılıq kampaniyası aparılması haqda iddialarını rədd edir. Cənab Muqabe cümə günü Bulavayo şəhərində keçirilən nümayişdə bu iddiaların yalan olduğunu söyləyib. Prezident deyir ki, Demorkatik Dəyişiklik Uğrunda Hərəkatın başlıca məramı İyun 27-də keçiriləcək seçkiləri gözdən salmaqdır. Müxalifət partiyası bildirir ki, martın 29-da səsvermənin birinci raundundan bəri ən azı 70 tərəfdarı qətlə yetirilib.

XS
SM
MD
LG