Accessibility links

Zimbabve müxalifətinin lideri prezident seçkilərinin növbəti turuna qatılmayacaq


Zimbabve müxalifətinin lideri Morqan Tsvangiray prezident Robert Muqabe ilə prezidentlik uğrunda mübarizəyə son qoyaraq, seçkilərinin növbəti turundan çıxdığını elan edib. Cənab Tsvangiray deyib ki, zorakıqlıarın artması və onun tərəfdarlarının hədələnməsi cümə gününə planlaşdırılmış seçkilərni azad və ədalətli olacağını istisna edir. Zimbabave müxalifətinin lideri Muqabe tərəfdarı yaraqlıların Tsvangirayşn yürüşünün qarşısını aldıqdan sonra bu gün paytaxt Hararedə danışıb. Onun partiyasının bəyanatında deyilir ki, yaraqlılar jurnalistlərə və orada olan başqa insanlara hücum ediblər. Bu iddia hələlik heç bir müstəqil mənbə tərəfindən təsdiq edilməyib.

XS
SM
MD
LG