Accessibility links

Livanda rəqib fraksiyalar arasında yenidən insident yaşanıb


Livan rəsmiləri deyir ki, ölkənin şimal şəhəri olan Tripolidə rəqib franksiyalar arasında baş verən toqquşmalar zamanı bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Ordu rəsmisi deyir ki, Livanın qərbin dəstəklədiyi çoxluğu ilə Hizbullahın rəhbərlik etdiyi müxalifəti arasında insident bu gün erkən saatlardan başlayıb. Toqquşmaların hansı səbəbdən başlaması bəlli deyil. Bugünkü zorakılıq baş nazir Fuad Sinioranın Hizbullahın başçılıq etdiyi müxalifət üzvləri ilə birgə kabinet təşkil etmək səsləri göstərdiyi vaxt baş verir. Ərəb Liqası keçən ay Livanda 18 aylıq siyasi böhrana son qoyan razılığın əldə olunmasına nail olmuşdu.

XS
SM
MD
LG