Accessibility links

Zimbabve müxalifətinin qərargahına reyd olub


Şahidlər deyirlər ki, Zimbabve polisi müxalifət partiyasının qərargahına hücum edib və insanları oradan çıxarır. Reyd Demokratik Dəyişiklik Uğrunda Hərəkatın lideri Morqan Tsvangirayın prezident seçkilərinin ikinci raundunu tərk etməsindən sonra baş verib. Müxalif namizəd deyir ki, hakim partiyanın militantları tərəfindən partiyasına hücumla səsverməni qeyri-mümkün edir. Hökumət rəsmiləri səsvermənin plana uyğun baş verəcəyini bildirib, çünki cənab Tsvangiray seçki komissiyasına yazılı bildiriş təqdim etməyib. Rəsmi dövlət orqanı Herald Ədliyyə Naziri Patrik Çinamasaya istinad edərək hakim ZANU-PF partiyasının səsvermədən çıxma hədəsini ciddi qəbul etmədiyini yazır.

XS
SM
MD
LG