Accessibility links

Səudiyyə Ərəbistanı neft istehsalını artırır


Səudiyyə Ərəbistanı bir sıra ölkədə artmaqda olan neft qiyməltərinə etirazlardan sonra daha artıq neft istehsalına razılıq verib. Dünən Ciddədə təşkil edilən sammitdəki çıxışı zamanı Səudiyyə Ərəbistanının nef naziri Əli Əl-Nəimi gələn ay gündəlik neft istehsalnının 200000 barrel artırılacağını elan edib. Beləliklə gündəlik hasilat 9.7 milyon barrel təşkil edəcək. Xam neftin qiyməti bir dollardan artıq yüksələrək, 136.5 dollara çatıb. Neft istehsal edən ölkələr və istehlakçıların iştirakı ilə keçirilən sammit artmaqda olan qiymətlərlə mübarizə məqsədi daşıyırdı.

XS
SM
MD
LG