Accessibility links

Qərb Zimbabvedəki proseslərə sərt reaksiya verir


Britaniya və Avstraliya rəsmiləri müxalifət lideri Morqan Tsvangirayın seçkiləri erkən tərk etməsinə görə hökuməti və onun törətdiyi zorakılıqları qınayırlar. Britaniyanın Afrika üzrə naziri Mark Mallok Braun bu gün beynəlxalq ictiamiyyəti prezident Robert Muqabeyə qarşı sərt mövqe sərgiləməyə çağırıb. O,qeyd edib ki, hakim rejimin bir neçə xadminin qlobal bank hesablkarı var ki, bunla dondurula bilər. Avstraliya baş naiziri Kevin Rad parlmanetə bildirib ki, onun hökuməti Zimbabveyə qarşı sanksiyaları artırmaq üçün yollar arayır. Avstraliyanın xarici işlər naziri Stefen Smit deyib ki, Kanberra Muqabe hökumətinin üzvlərinə qarşı maliyyə məhdudiyyətlərini və visa qadağalarını sərtləşdirəcək.

XS
SM
MD
LG