Accessibility links

Mixail Saakaşvili və Dmitri Medvedevin görüşü planlaşdırılır


Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze Rusiya ilə münasibətlərin yaxşılaşdırılması səylərinə ehtiyatlı nikbinliklə yanaşdığını bildirir. Bu gün müxbirlərlə danışan nazir müavini prezident Mixail Saakaşvili və Rusiya prezidenti Dmitri Medvedevin bir neçə aydan sonra görüş təşkil edəcəyini deyib. Vaşadze bildirib ki, prezidentlərin görüşü konkret nəticələrin əldə edilməsinə yönələcək və görüşün təşkili diqqətli hazırlıq tələb edir. Gürcüstanın xarici işlər nazirinin digər bir müavini Qiqa Bokeria Rusiya ilə münasibətlərin dəyişdirilməsinin vacibliyini vurğulayıb. Gürcüstanın xarici işlər nazirinin müavini Qriqol Vaşadze rusiyalı həmkarı, Rusiyanın xarici işlər nazirinin müavini Greqori Kasarinlə görüşmək üçün Moskvadadır.


XS
SM
MD
LG