Accessibility links

Freedom House: Rusiya, Azərbaycan və Qazaxıstan hər demokratik göstərici üzrə geriləyib


Dünya ölkələrində mətbuat və söz azadlığı və başqa azadlıqların vəziyyəti barədə hesabatlar hazırlayan Freedom House Təşkilatının “2008-ci ildə Keçid Dövründəki Ölkələr: Petro-Avtoritarlıq və Avrasyada Yeni Bölgülər” başlıqlı hesabatında neft və qaz gəlirləri artmaqda olan Azərbaycan, Qazaxistan və Rusiyada keçən on il ərzində geriləmələrin baş verdiyi deyilir.

Hesabatta Petro-Dövlətlər adlandırılan Azərbaycan, Qazaxistan və Rusiyada bütün sektorlardademokratik islahatlar cəhətindən geriləmə olduğu qeyd edilir, geriləmənin seçki prosesi, vətəndaş cəmiyyəti, mediya və ədliyyənin müstəgilliyinə təsir göstərdiyi qeyd olunur. Sənəddə Rusiyada korrupsiya ilə mübarizə sahəsindəki irəlləyiş istisna tutulur.

Hesabatda deyilir ki, enerjiyə olan ehtiyac, karbohidrogenleri istehlak edən demokratiyalarla onları istehsal edən avtoritar rejimlər arasındakı əlagələrə mənfi təsir göstərir. Hesabatda bu da qeyd olunur ki, Avro-Atlantik Demokratiyaları həm enerji təhlükəsizliyi və həm də əsas demokratik dəyərlərin inkişafı sahəsində birgə bir strategiya üzərində razılığa gələ bilməyiblər.

Sənəddə qeyd edilir ki, bu üç ölkədə avtoritar siyasətlərin səbəbi enerji gəlirləri deyil ancaq bu varlanma şaffaflıq və cavabdehliyin onsuzda zəif olduğu bir şəraitdə hakimiyyətdəki elitanın müstəgil səsləri boğmasına və mühüm təsisatlar üzərində öz nəzarətini gücləndirməsinə kömək edir.

Freedom Housun hesabatlarının Azərbaycana aid olan hissəsini hazırlayan Medli Məsləhət qrupunun analitiki Kaan Nazlı istifadə etdikləri mənbələr haqqında bunları söyləyib.

XS
SM
MD
LG