Accessibility links

AŞPA Azərbaycanda insan hüquqlarından narahatdır


Bütün Avropa boyu qanunvericilər Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahatlıqlarını bildiriblər. Avropa Şurasının Parlament Assambleyası bu gün qəbul etdiyi qətnamədə bildirir ki, pisləşən vəziyyət Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin demokratik standardlarına zərbə endirir. Ölçüdə bildirilir ki, Avropa Şurasının üzvü olan Azərbaycanda söz azadlığına qoyulan məhdudiyyətlər qəbuledilməzdir. Nümunə kimi müxalifət jurnalistlərinin təqibi və toplaşma azadlığına qoyulan məhdudiyyətlər sadalanır. Assambleya Azərbaycan hökumətini Oktyabrın 15-i seçkilərindən öncə təcili tədbirlər görməyə çağırıb. Bu sıraya seçki komissiyasında balans, dövlət mediasında müxalifət partiyalarına yer ayrılması və müxalifətin nümayiş keçirmək hüquqları daxildir. AŞPA həmçinin siyasi məhbuslar hesab edilən 8 nəfərin, o cümlədən 3 jurnalistin -- Qənimət Zahid, Sakit Zahidov və Eynulla Fətullayevin dərhal azad olunmasına səsləyib.

XS
SM
MD
LG