Accessibility links

ABŞ  İranda nümayəndəlik aça bilər


Buş administrasiyası İranda diplomatik təmsilçiliyin bərpasına səy göstərir. 30 illik bir fasilədən sonra, ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsi ilə kəsilmiş diplomatik əlaqələr təmsilçiliklə əvəz edilə bilər. Nümayəndəlik Amerikaya İran dissidentləri, tələbələri və digər qruplarla hökumətin təsdiqi olmadan əlaqə yaratmasına yardım edəcək. Təmsilçilikdən viza məsələlərinin həlli üçün və mədəniyyət mərkəzi kimi istifadə edilə bilər. ABŞ Dövlət Departamentinin sözçüsü Tom Keysi demişdi ki, dövlət katibi Kondoliza Rays bu planı Almaniyaya gedərkən jurnalistlərə açıqlayıb. Amerika Birləşmiş Ştatları Vaşiqntonda nümayəndəliyi olan İranın Xarici İşlər Naziriliyi ilə İsveç səfirliyi vasitəsi ilə əlaqə saxlayır.

XS
SM
MD
LG