Accessibility links

Nyu York birjasında neftin qiyməti dörd dollar artıb


Nyu York brijasında neftin qiymətinin barreli 4 dollar artıb. Bu artım OPEK sözçüsünün neft qiymətlərinin yüksələcəyi haqda proqnozundan sonra baş verib. Neft İxrac Edən Ölkələrin Təşkilatı – OPEK deyir ki, bir barrel neftin qiyməti növbəti bir neçə ay ərzində 150-170 dollara yüksələ bilər. OPEK Prezidenti Çakib Xelil bu gün Fransa televiziyasında müsahibədə artan neft qiymətlərini zəif dollar və Yaxın Şərqdəki qeyri-sabitliklə əlaqələndirib. Xelil həmçinin neft qiymətlərinin barrelinin 200 dollara çatcağına şübhəsini izhar edib. O, qeyd edib edib ki, OPEK artan təlabata uyğun neft hasil edə bilər.

XS
SM
MD
LG