Accessibility links

Zimbabvedə vəziyyət gərgin olaraq qalır


Zimbabvedə şahidlər deyir ki, hakim partiya yaraqlıları prezident Robert Muqabenin yeganə namizəd olduğu sabahkı seçkilərdə iştirak etmələri barədə əhaliyə xəbərdarlıq edib.Jurnalistlər və şahidlərin Amerikanın səsinə bildirdiyinə görə, Muqabe tərəfdarı yaraqlılar bildirib ki, əhalinin seçkidə iştirak edib-etməməsini öyrənmək üçün onların barmaqları yoxlanacaq. Məlumatlara görə yaraqlılar səsverməyə qatılmayacaq insanları döyməklə təhdid edirlər. Bu arada Zimbabve rəsmilərinin sözlərinə görə, müxalifət lideri Morqan Tsvanqirayın namizədliyini geri götürməsinə və beynəlxalq ictimaiyyətin seçkilərin təxira salınması çağırışlarına baxmayaraq ikinci raund prezident seçkiləri planlaşdırıldığı kimi cümə günü keçiriləcək.

XS
SM
MD
LG