Accessibility links

Şimali Koreya nüvə fəaliyyətləri barədə məlumat təqdim edib


Şimali Koreya nəhayət öz nüvə fəaliyyətləri barədə məlumat təqdim edib və Birləşmiş Ştatlar bunun cavabında ticarət sanskiyalarını ləğv edəcəyini və Pxenyanı terrorizmi dəstəkləyən dövlətlərin siyahısından siləcəyini elan edib.

ABŞ prezidenti Corc Buş Pekinə təqdim olunan deklarasiyanı alqışlayıb. Çin Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlara ev sahibliyi edir. Ağ Evdə danışan Corc Buş növbəti 45 gün ərzində Pxenyana qarşı sanksiyaların yumşaldılacağını bildirib. Bütün beynəlxalq ölçülər yerində qalacaq.

XS
SM
MD
LG