Accessibility links

Yonqbyon nüvə kompleksinin sərinləşdirici qülləsini dağıdıb


Şimali Koreya nüvə proqramını ləğv etmək razılaşmasının bir hissəsi kimi Yonqbyon nüvə kompleksinin sərinləşdirici qülləsini dağıdıb. Video göstərir ki, 20 metr hündürlüyündə olan qala partladılaraq yerə yıxılandan sonra havaya tüstü-duman qalxır. Qalanın dağıdılmasına şahidlik edən ABŞ Dövlət Departamentinin Koreya üzrə ali nümayəndəsi Sunq Kim bunu, Şimali Koreyanın nüvə silahı fəaliyyətinə son qoyulmasında müsbət addım kimi qiymətləndirib. Cənab Kimin sözlərinə görə, qalanın dağıdılması altı-tərəfli danışıqların müsbət davamına yol açır. Qeyd edək ki, bu addım Pxenyanın nüvə fəaliyyatələrini dayandırması barədə deklarasiyanı təqdim etməsindən bir gün sonra atılır.


XS
SM
MD
LG