Accessibility links

Şimali Koreya nüvə fəaliyyətlərini dayandırdığını dünya ictimaiyyətinə nümayiş etdirir


Şimali Koreya özünün nüvə proqramını dayandırdığnı dünya ictimaiyyətinə açıq şəkildə nümayış etdirməyə çalışır. Pxenyanın nüvə proqramını ləğv edəcəyi barədə razılaşmanın bir hissəsi kimi Yonqbyon nüvə kompleksinin soyuducu qülləsini dağıtdığı çəkilən video lent beynəlxalq ictimaiyyətə nümayış etdirilib. Bu gün nümayiş etdirilən videoda 20 metr hündürlüyündə olan qüllənin partladıldığı göstərilib. Pxenyan bununla nüvə proqramını dayandırması barədə müqavilənin şərtlərinə əməl olunduğunu nümayiş etdirməyə çalışıb.

Çin, Rusiya, Japoniya, Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreya nüvə proqramını ləğv edəcəyi təqdirdə, bu ölkəyə enerji, maliyyə yardımı və diplomatik əlaqələrə sahəsində sahəsində söz vermişlər.

Qüllənin dağıdılmasına şahidlik edən ABŞ Dövlət Departamentinin Koreya üzrə nümayəndəsi Sunq Kim soyuducu qüllənin sonunun çatdığını deyib və bunu mühüm addım kimi qiymətləndirib.



XS
SM
MD
LG