Accessibility links

ABŞ ordusunun Iraqla bağlı son hesabatı açıqlanıb


ABŞ ordusunun son hesabatında Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra Amerikanın hərbi və mülki liderlərinin planlaşdırma sahasində ciddi çatışmazlıqları olduğu qeyd edilir. Ordu tarixçiləri Donald Rayt və Timoti Riz tərəfindən hazırlanan hesabatda deyilir ki, ordunun nailiyyətlərinə hədsiz dərəcədə üstünlük verilib.

Sənəddə Ag Ev və Müdafiə Nazirliyinin nikbinliyinin yalnız Səddam Hüseynin məğlubiyyətinə əsaslandığı bildirilir. Hesabat 2003-cü ildə prezident Corc Buşun İraqa qarşı müharibə elan etməsindən sonrakı 18 ayı əhatə edir.


Bu arada İraq polisi Duliya şəhərində maşına yerləşdirilmiş bomba partlayışı səbəbi ilə 7 polis işçisinin həlak olduğunu bildirilir. Hadisə zamanı iki polis nəfərinin yaralandığı deyilir. Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

XS
SM
MD
LG