Accessibility links

Əfqanıstanda NATO-nun başçılıq etdiyi qüvvələrin əsgəri həlak olub


Əfqanıstanda NATO-nun başçılıq etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin nümayəndəsi Helmənd vilayətinin mərkəzi Ləşgər Gah şəhərindəkibomba hücumu nəticəsində bir əsgərin həlak olduğunu bildirir. Əsgərin milliyəti barədə məlumat verilməyib. NATO və Birləşmiş Ştatların başçılığı altındakı hərbi qüvvələr Əfqanıstanın cənub və şərq bölgələrində Taliban və digər yaraqlılara qarşı mübarizə aparır. Mübarizə 2001-ci ilin axırlarından Taliban rejimi devrildikdən sonra davam etdirilir.

XS
SM
MD
LG