Accessibility links

Qaqrı şəhərində 6 adam yaralanıb


Gürcüstanın separatist Abxaziya regionunun rəsmiləri bu gün baş verən iki bomba partlayışı səbəbi ilə Qaqrı şəhərində 6 adamın yaralandığını bildirir. Rəsmilər hadisəyə görə Gürcüstan hökumətini günahlandırır. Abxaziya prezidenti Sergey Baqapş hücumun hədəfinin abxazlar və istirahətdə olan ruslar olduğunu bildirib. Sergey Baqapş Gürcüstanı regionda sabitsizlik yaratmaq cəhdində günahlandıraraq, bunu “terror əməli” adlandırıb. Gürcüstanın səlahiyyətli nümayəndələri isə bu ittihamları rədd edərək, hücumun abxaz rəsmiləri tərəfindən planlaşdırıldığını bildirib.

XS
SM
MD
LG