Accessibility links

ABŞ-ın ilk ərzaq yardımı Şimali Koreyaya çatıb


Nanpo limanına 37 000 ton buğdadan ibarət ərzaq yükü dünən yetişib. Bu, Birləşmiş Ştatların gələn il ərzində vəd etdiyi 500 000 tonluq ərzaq yardımının ilk hissəsidir. Bu aradaı BMT-nin ərzaq agentliyi bildirib ki, ABŞ-ın yardım yükü və Şimali Koreya hökumətilə yeni razılıq beş milyondan çox insanı ərzaqla təmin etmək üçün daha artıq yardım göstərilməsinə imkan ayradacaq.

Dünya Ərzaq proqramının sözçüsü Pol Risli bildirib ki, razılığa əsasən ərzaq yardımı Şimali Koreyanın əvvəllər məhdudiyyətlər qoyulan yerlər daxil edilməklə, bütün regionlarına çatdırılacaq.



XS
SM
MD
LG