Accessibility links

Abxaziya Gürcüstanın digər bölgələri ilə sərhədlərini bağlayacağını deyir


Gürcüstanın özünü birtərəfli şəkildə müstəqil elan etmiş Abxaziya regionunun rəsmiləri deyirlər ki, onlar Gürcüstanın digər bölgələri ilə sərhədlərini bağlayırlar. Bu açıqlama artıq ikinci gündür davam edən bomba hücumları zamanı 6 nəfərin yaralanmasından sonra bəyan edilib. Abxazıyanın separatçı lideri Serqey Baqapş sərhədlərin bağlanmasının sabah qüvvəyə minəcəyini bəyan edib. Bazar günü isə Abxaziyanın kurort şəhəri olan Qaqraya başqa bir hücum zamanı 6 nəfər yaralanıb. Abxaziya rəsmiləri hər iki hücuma görə Gürcüstan hökumətini ittiham edir. Tbilisi hökuməti isə partlayışları Abxaz kriminal qrupları arasında güclü mübarizə ilə əlaqələndirir.

XS
SM
MD
LG