Accessibility links

Əfqanıstandakı  ABŞ və NATO qüvvələrində itkilər artmaqdadır


İyun ayında Əfqanıstanda İraqdan daha çox ABŞ və NATO əsgərinin həlak olduğu bildirilir. İraqda xarici ölkələrin silahlı qüvvələri arasında ölüm hallarını qeydə alan veb səhifəsinə əsasən, iyun ayında 29 Amerika əsgəri daxil olmaqla, 31 əsgər həlak olub. Əfqanıstanda keçən ay beynəlxalq koalisiya qüvvələrinin 45 əsgərinin həlak olduğu bildirilir. İraqda hərbi qüvvələrin sayı Əfqanıstanda olduğundan təxminən ikiqat artıqdır.

İraqda beş ildir sürən müharibə 4 000-dən çox Amerika əsgərinin həyatına son qoyub. Münaqişə nəticəsində on minlərlə iraqlı əsgər və mülki vətəndaş həlak olub.

XS
SM
MD
LG