Accessibility links

Polşa prezidenti AB sazişinə qol çəkməyin mənasını görmür


Polşa prezidenti Lex Kaçinskinin sözlərinə görə, keçən ay İrlandiya seçicilərinin Avropa Birliyi İslahat Sazişini qəbul etməməsindən sonra onun bu razılaşmaya imza atması mənasız olardı. Bu gün “Dziennik” qəzetində nəşr olunan müsahibəsində cənab Kaçinski deyib ki, qanun qüvvəyə minməmişdə əvvəl Birliyin 27 dövləti tərəfindən təsdiq edilməyənədək saziş mənasız xarakter daşıyacaq. Polşa parlamenti aprel ayında razılaşmanı ratifikasiya etmişdi, ancaq onun qüvvəyə minməsi üçün prezidentin imzası lazımdır. Almaniya prezidenti Horst Köhler dünən deyib ki, o, da Avropa Birliyi İslahat Sazişini imzalamaq üçün gözləyəcək. Almaniyada saziş parlamentin hər iki palatasında ratifikasiyasiya olunub.

XS
SM
MD
LG