Accessibility links

Mənuçehr Möttəki: "İranla Qərb arasında yeni danışıqlar başlayıb"


İranın xarici işlər naziri Mənuçehr Möttəki deyir ki, Tehranın nüvə proqramı ilə bağlı İranla Qərb arasında yeni danışıqlar başlayıb. Cənab Mötəkki bildirib ki, Tehran İranın uran zənginləşdirilməsini dayandırmağa yönəlmiş insentivlər paketini konstruktiv mövqedən nəzərdən keçirir. Mənuçehr Mötəkki həmçinin İranın məsələ ilə bağlı təkliflərlə çıxış etdiyini bildirib. İran rəsmiləri əvvəllər də təklif paketləri haqda danışıqlar aparmağa razı olmuş, lakin uran zənginləşdirilməsini dayandırmaqdan imtina etmişlər.

XS
SM
MD
LG