Accessibility links

Kolumbiyada girovda saxlanılanlar azad edilib


Kolumbiyada 6 il girov saxlandıqdan sonra dünən azad edilmiş İnqrid Betankurd Fransadan övladlarının gəlişini gözləyir. Fransa mənşəli kolumbiyalı siyasətçi və 3 amerikalı daxil olmaqla, başqa 14 nəfər Kolumbiya təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində xilas edilib. Rəsmilər əməliyyatın bir güllə atılmadan həyata keçirildiyini bildiriblər.

Amerikalı girovlar Mark Qonzales, Tomas Hovs və Kit Stansel bu gün Texasdakı ABŞ hərbi qüvvələrinin bazasına gətirilib. Onlar tez bir zamanda ailə üzvləri ilə görüşəcəklər.

XS
SM
MD
LG