Accessibility links

Bu gün Amerika Birləşmiş Ştatlarında Müstəqillik günü qeyd edilir


Bu gün Amerika Birləşmiş Ştatlarında Müstəqillik günü qeyd edilir. 232 il bundan əvvəl 1776-ci ilin iyul ayının 4-də Britaniyanın müstəmləkəsi olan 13 ştat rəsmən müstəqilliyini elan edib. Bu gün paytaxt Vaşqintonda konsertlər və atəşfəşanlıq təşkil ediləcək. ABŞ prezidenti Corc Buş Amerika Birləşmiş Ştatlarının üçüncü prezidenti-ölkənin ata-banilərindən biri adlandırılan Tomas Ceffersonun ev-muzeyinin yerləşdyi Virciniya ştatının Montiçello şəhərində təşkil edilən şənliklərə qatılıb. Müstəqillik bəyənnaməsinin müallifinin vətənində ABŞ prezidenti 72 yeni ABŞ vətəndaşını təbrik edib. ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Montana keçirilən paradda iştirak edəcək. Respublikaçı Con Makkeyn isə vətəni Arizonadadır.

XS
SM
MD
LG