Accessibility links

Kolumbiya 15 əsirin azad edilməsi ilə bağlı videonu nümayiş etdirib


Kolumbiya ordusu bu həftənin əvvəli yaraqlıların girov götürdüyü 15 əsirin azad edilməsi ilə bağlı videonu nümayiş etdirib. Videoda aralarında fransız kolumbiyalı siyasətçi İnqrid Betankort və 3 Amerika müdafiə kontraktorlarının da olduğu girovlar əlləri plastik əşyalarla bağlanmış şəkildə gizli hərbi vertolyota minirlər. Əsirlər vertolyota minən zaman onları Kolumbiya İnqilabi Silahlı Qüvvələr – FARC üzvləri müşayiyət edir. Ancaq bu üzvlər girovları Kolumbiya ordu agentlərinə verdiklərindən xəbərsizdirlər. Video Kolumbiya əsgəri tərəfindən lentə alınıb. Başqa bir xəbərdə isə deyilir ki, Kolumbiya müdafiə naziri Xuan Manuel Santos İsveçrə radiosunun yaydığı iddianı rədd edib. Radionun iddiasına görə, Kolumbiya girovların geri qaytarılması üçün yaraqlılara milyonlarla dollar pul verib.

XS
SM
MD
LG