Accessibility links

İran nüvə proqramı ətrafında danışıqlara hazır olduğunu deyir


İran hökumətinin sözçüsü Qulamhüseyn Elham onun ölkəsinin dünyanın qüdrətli dövlətlərilə nüvə proqramına dair danışıqlara hazır olduğunu deyib. O həmçinin bildirib ki, İranın məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Tehran uran zənginləşdirilməsi proqramı üzərində işləmək hüququnu əldən vverməyəcək. Qulamhüsyen Elhamın bu açıqlamaları dünən İranın dünyanın altı qüdrətli dövlətinin iqtiasdi güzəştlər paketinə rəsmi cavab verməsindən sonra bu gün verir. Rusiya, Çin, Fransa, Almaniya, Britaniya və Birləşmiş Ştatlar İrana uran zənginləşdirilməsi proqramını dayandırdığı təqdirdə iqtisadi və ticari güzəştlər təklif edirlər. İranın Avropa Birliyinin Xarici siyasət idarəsinin rəhbəri Xavyer Solanaya dünən Brüsseldə təqdim etdiyi cavabının məzmunu barədə bir söz deyilməyib.

XS
SM
MD
LG