Accessibility links

İraqın 7 milyard dollarlıq borcu bağışlanıb


Birləşmiş Ərəb Əmirlikləri İraqın 7 milyard dollarlıq borcunun bağışladığını və yeni səfir təyin etməklə Bağdadla diplomatik əlaqələri bərpa etdiyini elan edib. Əmirliyin rəsmi xəbər agentliyi ölkə prezidentinə istinadən bildirir ki, bağışlanan məbləğin 4 milyardı İraqın əmirliklərə borçu, qalanı isə onun faizləridir. Birləşmiş Ərəb Əmirlikləri hazırda Hindistanda çalışan səfir Abdulla Əl-Şehhini İraqa səfir təyin edib. Bu təyinat İraqın baş naziri Nuri Əl-Malikinin əmirliklərə rəsmi səfəri zamanı edilib.

XS
SM
MD
LG