Accessibility links

Terri Deyvis:”  Abxaziya regionundakı kafedə 4 adamın ölümünə səbəb olan hücum terror aksiyasıdır:”


Avropa Şurasının baş katibi Terri Deyvis Gürcüstanın separatist Abxaziya regionundakı kafedə 4 adamın ölümünə səbəb olan hücumun terror aksiyası olduğunu deyib. Cənab Deyvis bu kimi əməllərin regionda gəriginliyin artmasına xidmət etdiyini bildirib. O, vəziyyətin nəzarətdən çıxa biləcəyindən narahat olduğunu deyib. Avropa Şurasının baş katibi Terri Deyvis bildirib ki, Gürcüstanın sülh şəraitində yaşamaq kimi bir haqqı var. O tərəfləri təmkin və dialoqa səsləyib. Abxaziyanın səlahiyyətli nümayəndələri bildirib ki, yerli təhlükəsizlik xidmətinin rəhbəri və BMT-nin tərcüməçisi ölənlər arasındadır.

XS
SM
MD
LG