Accessibility links

Çin üzərində Olimpiya Oyunlarının emblemi olan yeni əskinaz buraxır


Çin Mərkəzi Bankı Pekin Olimpiya Oyunlarının şərəfinə yeni 10 yuanlıq əskinaz buraxır. Pulun üzərindən kommunist lider Mao Zedonqun şəkli götürülərək yerində şəhərin milli stadionu öz əksini tapır. Çin Xalq Bankı deyir ki, o, oyunlar zamanı 6 milyon əskinaz buraxmağı planlaşdırır. 10 yuanın dəyəri isə 1 dollar 45 sentə bərabərdir. Pekinin “Quş Yuvası”stadionu quş tarına oxşayan polad sütunlarla bağlıdır. Stadionun təsviri əskinazın bir üzündə öz əksini tapacaq. Orada habelə 2008-ci il Pekin Olimpiya Oyunlarının emblemi olan oynayan adamında şəkli olacaq. Pulun digər tərəfində isə diskatan qədim yunan idmançının heykəlinin təsviri yer alacaq.

XS
SM
MD
LG