Accessibility links

Səkkizlərin Hokkaydo zirvə toplantısı davam edir


Afrika liderləri dünyanın sənayesi inkişaf etmiş dövlətlərini Afrikaya yardımı artırmaq haqda vədlərini yerinə yetirməsi üçün səylərini gücləndirirlər. Afrika Səkkizlərin bu gün Yaponiyada zirvə toplantısının diqqət mərkəzində olub. Hokkaydoda görüş zamanı Afrikanın yeddi ölkəsinin lideri Səkkizlərin dövlət başçılarına 2010-cu ilə qədər Afrikaya yardımı 25 milyard dollara çatdırmaq vədini xatırladıblar. Onlar xəbərdarlıq ediblər ki, yanacaq və ərzaq qiymətlərinin qalxması Afrika ölkələrində yoxsulluq səviyyəsinin artmasına gətirib çıxarır. Səkkizlərin sammiti ilə bağlı daha ətraflı məlumata xəbərlərdən sonra qulaq asın.

XS
SM
MD
LG