Accessibility links

Səkkizlər istixanə qazlarının yarıya qədər azaldılması barədə razılığa gəliblər


Dünyanın sənayesi inkişaf etmiş səkkiz dövlətinin liderləri 2050-ci ilə qədər istixanə qazlarının yarıya qədər azaldılması kimi qarşıya məqsəd qoyublar. Səkkizlərin sammitinə ev sahibiliyi edən Yaponiyanın baş naziri Yasuo Fukuda bu haqda razılığı bu gün elan edib. Cənab Fukuda deyib ki, razılıq hər bir dövlətə istixanə qazlarının azaldılması istiqamətində qəti addımlar atmasına imkan yaradacaq.

ABŞ prezideninin ətraf mühit məsələləri üzrə baş yardımçısı Cim Konnahton deyib ki, sənəd cənab Buşun Hindistan və Çin kimi iqtisadiyyatı durmadan artmaqda olan ölkələrin də bu proqrama qatılması tələbinə uyğun gəlir. Səkkizlər qrupunun liderləri neft hasilatının artırılmasına çağırır və enerjinin effektivliyi və yeni texnologiyalara dair forumun keçirilməsini təklif edirlər.



XS
SM
MD
LG