Accessibility links

ABŞ-la  Çex Respublikası arasında müqavilə imzalandı


Birləşmiş Ştatlar və Çex Respublikası ABŞ-ın bu ölkədə planlaşdırdığı raketlrədən müdafiə sisteminin yerləşdirilməsinə dair müqavilə imzalayıblar. Müqaviləni bu gün Praqada ABŞ Dövlət katibi Kondoliza Rays və Çex Respublikasının xarici işlər naziri Karel Şvarsenberq imzalayıblar.

Birləşmiş Ştatlar Polşada 10 raket tutan qurğu, Çex Respublikasında isə radar yerləşdirməyi planlaşdırır. Rusiya planın əleyhinə çıxış edərək onu özünün təhlükəsizlyinə hədə hesab edir. ABŞ rəmsiləri bunun İrandan gələn mümkün təhlükəyə qarşı yönəldiyinə israr edirlər.

Kondoliza Rays Avropa turu zamanı Tbilisiyə də səfər edəcək. Bundan öncə bu gün Praqada danışan xanım Rays deyib ki, Rusiyanın Gürcüstanla rəftarı gərginliyin artmasına səbəb olur. O qeyd edib ki, keçmiş Sovet respublikası olan Gürcüstan hazırda müstəqil dövlətdir.



XS
SM
MD
LG