Accessibility links

Pakistanın baş naziri Yusuf Raza Gilani  Əfqanıstanın irəli sürdüyü ittihamları rədd edir


Pakistan dünən Əfqanıstanın paytaxtı Kabildə Hindistan səfirliyi yaxınlığında 41 nəfərin ölümü, 150 nəfərin yaralanmsı ilə nəticələnən intiharçı bomba hücumunda əli olduğu barədə ittihamları rədd edib. Malayziyada çıxışı zamanı Pakistanın baş naziri Yusuf Raza Gilani deyib ki, onun ölkəsinin Əfqanıstanda sabitliyi pozmaqda marağı yoxdur. Cənmab Gilaninin bu açıqlaması bu gün, Əfqanıstanın xarici kəşfiyyatın köməyi olmadan partlayışın həyata keçirilə bilməyəcəyini bəyan etməsindən sonraya təsadüf edir. Xatırladaq ki, Əfqanıstan bundan əvvəl də bir neçə hücumda Pakistanı günahlandırmışdı. Qeyd edək ki, dünənki bomba hücumunun məsuliyyətini hələ üzərinə götürən olmayıb.

XS
SM
MD
LG