Accessibility links

İraqdakı xarici kontrakt işçiləri qətlə yetirilib


Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində İraqda müqavilə ilə işləyən 4 nəfər ölmüş, 8 nəfər yaralanmışdır. Hərbi qüvvələrin bəyanatında hücumun Mosul şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən mühafizə olunan kontraktorların maşın karvanına qarşı həyata keçirildiyi deyilir.

Digər bir xəbərə görə isə, İraq hökumətinin təkliflərinə baxmayarq, Ağ Ev İraqla son vaxtlar keçirilən təhlükəsizlik üzrə danışıqların məqsədinin ABŞ qüvvələrinin bu ölkədən çıxarılması məsələsi olmadığını bildirib.

XS
SM
MD
LG