Accessibility links

Şimalı Koreyanın nüvə proqramına dair danışıqlar bərpa olunur


Şimali Koreyanın nüvə proqramının sona çatdırılmasına dair danışıqlar bu həftə Pekində yenidən bərpa olunacaq. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qin Qanq jurnalistlərə deyib ki, danışıqlar cümə axşamı başlayacaq və 3 gün davam edəcək. Onun sözlərinə görə, inkişafa nail olunsa müzakirələr uzana bilər. Danışıqlar əsasən rəsmi Pxenyanın son açıqladığı nüvə proqramı deklarasiyasının nəzərdən keçirilməsi üzərində cəmləşəcək. Keçən ay Şimali Koreya nüvə proqramlarının təfərruatlı sənədlərini açıqlamış və əsas nüvə kompleksinin sərinləşdirici qülləsini dağıtmışdı.

XS
SM
MD
LG