Accessibility links

K.Raysın Tbilisiyə səfəri öncəsi Abxaziyada toqquşma olub


Gürcüstanın hökumət naziri deyir ki, Abxaziya regionunda separatçı döyüşçülərlə gürcü hökumət qüvvələri arasında silahlı toqquşma zamanı 4 nəfər həlak olub. Xodori dərəsində baş verən bugünkü insident nəticəsində Gürcüstan qüvvələrinin bir neçə əsgəri yaralanıb. Abxaz rəsmilər qarşılıqlı atışmanın baş verməsini təsdiq ediblər. Bununla yanaşı, nazir Teymur Yakobaşvili habelə deyib ki, Rusiyanın ən azı 2 hərbi təyyarəsi regionda Gürcüstanın hava sərhəddini pozub. Toqquşmalar ABŞ dövlət katibi Kondoliza Raysın Tbilisiyə səfərindən bir neçə saat öncə baş verib. Dövlət katibi Rusiya, Gürcüstan və separatçıları qarşıdurmadan çəkindirməyə çalışır.

XS
SM
MD
LG