Accessibility links

Səkkizlərin sammiti işini bitirdi


ABŞ prezidenti Corc Buş Böyük Səkkizlərin Yaponiya sammiti zamanı iqlim dəyişikliyi və digər məsələlərin müzakirəsində önəmli irəliləyiş əldə edildiyini deyib. O, xəstəliklərlə mübarizə və inkişafların təbliğinə üstünlük verilən, habelə proteksionizmə müqavimət göstərən 3 günlük sammitin işini yüksək qiymətləndirib.
Səkkizlərin 2050-ci ilədək istixanə qazlarının 50% azaldılması strategiyası barədə qəbul etdikləri razılıq üç gün davam edən sammitdə başlıca nailiyyətlərdən idi.
Yaponiyanın baş naziri Yasuo Fukuda Çin, Hindistan və Braziliya da daxil edilməklə, iqtisadiyyatı inkaşif etmiş ölkələrin liderlərinin iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq edəcəkləri barədə razılığa gəldiklərini bildirib. Cənab Fukuda deyib ki, ilk dəfə idi ki, dünya ölkələrinin liderləri qlobal iqlim dəyişikliyinə qarşı mübarizə mövzusunda birgə danışıqlar keçirdilər və bu dövlətlər bu sahədə fəaliyyətlərini artıracaqlarına söz verdilər.
Bu gün Hindistanın baş naziri Manmohan Sinqh ərzaq təhlükəsizliyi, ictimai səhiyyə və nadir su ehtiyatlarından istifadənin əsas məsələlər olduğunu deyib. Bu arada isə Çin prezident Buşun Olimpiya Oyunlarında iştirak etmək qərarını alqışlayıb.

XS
SM
MD
LG