Accessibility links

ABŞ Dövlət katibi Kondoliza Rays Gürcüstandadır


ABŞ Dövlət katibi Kondoliza Rays Rusiyanın Tbilisi hökuməti ilə separatçı regionlar arasındakı münaqişənin dərinləşdirməkdənsə, qonşu Gürcüstanla gərginliyin həllinə çalışmalı olduğunu deyib. Gürcüstan prezidenti Mixail Saakaşvili ilə paytaxt Tbilisidə görüşən dövlət katibi Rusiyanı Abxaziya və Cənubi Osetiyada separatizm hərəkatını dəstəkləməklə, regionda gərinliyin artmasına görə günahlandırıb.

Gürcüstan səfəri çərçivəsində ABŞ Dövlət katibi Kondoliza Rays prezidentliyinə sabiq namizəd Levan Qaçeçiladze də daxil ediləməklə, müxalifət liderləri ilə də görüş keçirib.

XS
SM
MD
LG