Accessibility links

Türkiyənin baş naziri rəsmi səfərlə İraqdadır


Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğan bu gün Bağdada gedib. Bu, onun İraqa ilk səfəridir. Cənab Ərdoğan İraqda səfərdə olduğu müddətdə baş nazir Nuri Əl-Maliki və digər hökumət rəsmiləri ilə görüşəcək. Qeyd edək ki, Türkiyə bu il ölkənin daxilində və İraqın şimalındakı PKK yaraqlılarına qarşı hərbi əməliyytlarını genişləndirib. Buna görə də İraq hökuməti Türkiyənin onun ərazilərinə müdaxiləsinə etiraz etmişdi.
Birləşmiş Ştatlar, Türkiyə, və bir sıra digər ölkələr Kürdüstan Fəhlə Partiyası PKK-nı terrorçu qrup kimi tanıyır.

XS
SM
MD
LG