Accessibility links

Pakistanla BMT arasında "Hərtərəfli anlaşma" əldə olunub


Pakistan deyir ki, sabiq baş nazir Benazir Bhuttonun qətli ilə bağlı BMT-nin təhqiqat təklifinə dair təşkilatla hərtərəfli anlaşma əldə olunub. Pakistan xarici işlər naziri Şah Mahmud Qreşi xanım Bhuttonun qətlinin araşdırılmasına dair müstəqil komissiyanın yaradılması barədə müzakirə aparmaq üçün dünən BMT baş katibi Ban Ki Munla görüşüb. Cənab Banın ofisi bildirib ki, baş katib bu tələbə müsbət münasibət bildirib, ancaq o, Pakistan və BMT-nin başqa rəsmiləri ilə daha çox məsləhətləşmələr aparılmasının vacibliyini vurğulayıb. Pakistan ali diplomatının sözlərinə görə, o, habelə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün nümayəndləri ilə də görüşüb.

XS
SM
MD
LG