Accessibility links

Livanda aylardır siyasi böhrandan sonra milli birlik hökuməti təşkil edilib


Livanda ölkənin rəqib siyasi fraksiyalarını vətəndaş müharibəsi təhlükəsindən qoruyan razılğını bir hissəsi kimi bu gün milli birlik hökuməti təşkil edilib. 30 üzvü olan kabinetdə Hizbullahın başçılığı ilə müxalifətə 11 yer və hökumətin qərarlarına veto qoymaq hüququ verilib. Parlamentdə qərb tərəfdarı çoxluq 16 yer əldə edib. Qalan üç yeri prezident özü təyin edir. Müxalifət xarici işlər, hakimyyətdə olan əksəriyyət isə maliyyə naziri postlarını əldə edib. Bu yeniliklər bu gün prezidenti Mişel Süleyman və baş nazir Fuad Siniora tərəfindən imzalanmış qərarda öz əksini tapıb. Prezident Süleyman müxbirlərə deyib ki, hökumət qarşısında duran əsas vəzifələrdən biri gələn il parlament seçkiləri üçün hazırlıqlar görməkdir.

XS
SM
MD
LG