Accessibility links

BMT TŞ-nın Zimbabveyə sanksiya qoyacaq qətnaməsi qəbul edilməyib


Qərb rəsmiləri Çin və Rusiyanı Zimbabveyə qarşı sanksiyalar tətbiq edəcək BMT Təhlükəsizlik Şurası qətnaməsinə veto qoyduqları üçün tənqid edib. ABŞ-ın BMT-dəki səfiri Zalmay Xəlilzad deyib ki, ölçülərin əleyhinə səs verməklə Çin və Rusiya Zimbabve xalqına qarşı prezident Robert Muqabe ilə eyni mövqedə dayanır. Böyük Britaniya xarici işlər naziri Deyvid Milibandın sözlərinə görə, onlar qərarı anlamayıb. ABŞ-ın himayə etdiyi qətnamə layihəsi cənab Muqabe və başqa 13 nəfərə maliyyə və səyahət məhdudiyyətlərinə çağırırdı. Dünən təqdim olunan layihəyə Çin və Rusiya ilə yanaşı, Cənubi Afrika Respublikası, Liviya və Vyetnam da qarşı çıxıb. 15 üzvlük şuranın 9-u qətnaməyənin leyhinə səs verib. Daimi üzv olan Böyük Britaniya, Fransa və ABŞ da bu sırada olub. İndoneziya isə bitərəf qalıb.

XS
SM
MD
LG