Accessibility links

Prezident Buş əlavə neft istismarına çağırır


ABŞ prezidenti Corc Buş həftəlik radio müraciətində Konqresi yerli neft istismarına qoyduğu qadağaları ləğv etməyə çağırıb. Prezident deyib ki, ABŞ neft şirkətlərinə 1980-ci ildən bəri istismarına qadağa qoyulan əsas ofşor obyektlərinə çıxış əldə etməyə icazə verilməlidir. Onun sözlərinə görə, neft çıxarılması hazırda mühafizə olunan Alyaskanın şimal hissəsindən 10 milyard barelə yaxın neft istehal etmək olar. Prezident bunun ABŞ-ın 20 ildə Səudiyyə Ərəbistanından alacağı neftdən çox olduğunu bildirib. Demokrat Konqresmen Kris Van Hollen isə cavab müraciətində neft şirkətlərini istifadələrində olan 27 milyon hektar federal ərazidə istismar işlər aparmağa çağırıb. Qeyd edək ki, ətraf mühitin qorunmasını əsas gətirən Konqres Demokratları iri neft yataqlarının mövcud olduğu güman edilən yerlərdə neftçıxarma layihələrinə qarşı çıxırlar.

XS
SM
MD
LG