Accessibility links

Sudan lideri soyqırım ittihamı ilə üzləşə bilər


Sudan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin Darfur regionunda müharibə cinayətləri ilə əlaqədar başladığı təhqiqata cavab olaraq Ərəb Liqası ölkələrinin xüsusi yığıncağını çağırıb. İttihamçı Luis Moreno Okampo Bazar ertəsi mətbuat konfransı keçirərək Darfur regionunda cərəyan edən münaqişə ilə bağlı ittihamlar açıqlayacaq. Hələlik rəsmən heç bir ad açıqlanmayıb, amma gözlənilir ki, Moreno Okampo Sudan Prezidenti Ömər Əl Bəşirin müharibə cinayətlərində roluna görə həbsini tələb edəcək. Sudanın BMT-dəki səfiri Əbdəlmahmud Əbdəlhalim Prezident Bəşirə qarşı mümkün ittihamları tənqid edərək bunu kriminal addım adlandırıb.

XS
SM
MD
LG