Accessibility links

NATO qüvvələrinə qarşı dünən həyata keçirilən hücum genişmiqyaslı olub


NATO rəsmilərinin bildirdiyinə görə, dünən Əfqanıstanın şərqində, NATO-nun keşik məntəqəsinə hücum edən üsyançılar əvvəlcə bazaya daxil ola bilmiş, sonra ABŞ təyyarələrinin hücumu nəticəsində geri oturulmuşlar. Hücum zamanı 9 ABŞ əsgəri həlak olub.

NATO sözçüsü Mark Laiti Kabildə müxbirlərə yaraqlıların keşik məntəqələrinə tet-tez hücum etdiklərini, lakin bazar günü həyata keçirilən hücumun digərləri ilə müqayisədə daha geniş olduğunu deyib. Lakin hücumda neçə nəfər yaraqlının iştirak etdiyi və onların hansı təşkilatın üzvü olduqları haqda məlumat verilməyib.

Qeyd edək ki, Əfqanıstanın cənubunda nəzarəti əllərində saxlayan bir neçə Taliban qrupu, eləcə də Pakistandakı Taliban yaraqlıları NATO və Əfqanıstanın təhlükəsizlik qüvvələrinə qarşı vaxtaşırı hücumlar həyata keçirirlər.

XS
SM
MD
LG