Accessibility links

İnvestorlar ABŞ hökumətinin iki ən böyük ipoteka şirkətinə yardımını alqışlayır


İnvestorlar ABŞ hökumətinin ölkənin iki ən böyük ipoteka şirkətinə yardım səylərini alqışlayıblar. Maliyyə naziri Henri Polson Amerikada daşınmaz əmlak bazarında ssudaların yarısından çoxuna malik Fanni Mey və Freddi Mak şirkətlərinə kömək etmək üçün bir sıra ciddi təkliflər irəli sürüb. Hökumətin sponsorluq etdiyi bu kredit şirkətləri daşınmaz əmlak bazarında problemlərin yarandığı vaxtdan milyonlarla dollar itkilərə məruz qalıblar. Bəzi iqtisadçılar deyir ki, şirkətlərdən birinin dağılması qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə gətirib çıxara bilər. Onların borcunun əsas hissəsi xarici hökumətlər və beynəlxalq investorlara verilib. ABŞ qanunvericiləri hökumətin addımına dəstəklərini bildiriblər.

XS
SM
MD
LG