Accessibility links

Əfqanıstanda yaraqlılara qarşı hücumlar həyata keçirilib


Əfqanıstanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, ölkənin şərq bölgəsində 7 yaraqlı öldürülüb. Nazirlik əməliyyatın dünən Nuristan vilayətinin Vanat rayonunda həyata keçirildiyini bildirib. Yerli rəsmilərin məlumatına görə, Əfqan və beynəlxalq qüvvələrin əsgərləri həmin bölgənin valisini qısa müddət nəzarət altına alıb və o, polis tərəfindən sorğu-suala çəkilib. Valinin nəyə görə nəzarət altına alındığı bəlli deyil.

Bu gün Əfqanıstanda özəl inşaast şirkətinin iki türk işçisinin naməlum silahlı şəxslər tərəfindən girov götürüldüyü xəbər verilir.

XS
SM
MD
LG