Accessibility links

Radovan Karadziçin həyat yoldaşının evinə reyd keçirilib


Avropa Birliyinin Bosniyadakı sülhməramlıları müharibə cinayətləri ittihamları ilə axtarışda olan Radovan Karadziçin həyat yoldaşının evinə reyd keçiriblər. YUFOR adlanan koalisiya bölməsi Liliana Zelen Karadziçin Pale şəhərindəki evinə daxil olub. Qüvvələrin sözçüsü bildirib ki, Haaqadakı Beynəlxalq Məhkəmə axtarış haqda göstəriş verib. Reyd nəticəsində nəyin ələ keçirildiyi məlum deyil.

Karadziç və onun hərbi komandiri, general Ratko Mladiç BMT müharibə cinayətləri tribunalı genosid ittihamları sürəndən bəri axtarışdadırlar. Artıq 10 ildir ki, bu şəxslər tutulmaqdan yayınıblar və rəsmilər tərəfdarlardan ibarət şəbəkənin onlara da maliyyə yardımı göstərdiklırini deyir.

XS
SM
MD
LG